Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Sosial

Bu yollar bağlandı

Paylaş:
Bu yollar bağlandı
Bizi Google News-da izləyin

Bu gün Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq aşağıda qeyd olunan küçələrin müvafiq hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Suraxanı rayonu, Əmircan qəsəbəsi:

1-ci Əmircan küçəsinin Mövsüm Bəydəmirov küçəsi ilə kəsişməsindən Nəsirəddin Tusi küçəsi ilə kəsişməsinədək olan hissəsində;

Cəfər Cabbarlı küçəsinin 1-ci Əmircan küçəsi ilə kəsişməsindən Həmid Axundlu küçəsi ilə kəsişməsinədək olan hissəsində.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi:

Məhsəti Gəncəvi küçəsinin Xəlil bəy Xasməmmədov küçəsi ilə kəsişməsindən Əli Kərim küçəsi ilə kəsişməsinədək olan hissəsində;

Xəlil bəy Xasməmmədov küçəsinin Qaçaq Nəbi küçəsi ilə kəsişməsindən Səməd bəy Mehmandarov küçəsi ilə kəsişməsinədək olan hissəsində.

Sürücülərdən qeyd olunan məhdudiyyətləri nəzərə alaraq hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Paylaş:

Ən son xəbərlər