Yəməndə Ədən şəhəri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya üçün “qırmızı xətt” elan edilib, husilərlə sülhün şərti açıqlanıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü general-mayor Türki əl-Maliki “Reuters“ agentliyinə müsahibəsində bildirib ki, husilər BMT-nin dəstəklədiyi sülh planını qəbul etsələr, Yəməndə müharibə sabah başa çata bilər.
Eyni zamanda Türki əl-Maliki Yəmən hökumətinin müvəqqəti paytaxtı Ədən şəhərinin koalisiya üçün “qırmızı xətt” olduğunu və koalisiyanın Yəmənin cənubunda yerləşən bu şəhəri qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.