Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Dünya

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edildi

Paylaş:
Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edildi
Bizi Google News-da izləyin

Evində pişik saxlayan insanların gələcəkdə şizofreniyaya tutulma ehtimalının daha yüksək ola biləcəyi iddia edilir.

Bu qənaətə psixiatr Edvin Fuller Torrey və virusoloq Robert Yolken gəliblər. Araşdırma barədə "Science Alert" nəşri yazıb.

Məlumata görə, alimlər 1990-cı illərdə apardıqları tədqiqatlar zamanı uşaqlıqda pişiklə yaşayan insanların sonrakı həyatlarında şizofreniyadan daha çox əziyyət çəkdiklərini müşahidə ediblər.

Torrey xəstəliyin yaranmasına "Toxoplasma gondii" də daxil olmaqla, müxtəlif patogenlərin səbəb ola biləcəyini ehtimal edib. Bu parazit insanlara əsasən pişiklər vasitəsilə keçə bilir. Pişiklər paraziti yoluxmuş gəmiricilərdən, eləcə də çirklənmiş mühitdən əldə edə bilirlər. Parazit isə insan orqanizminə yoluxmuş heyvanların nəcisi, çirklənmiş qida və su vasitəsilə daxil ola bilir.

Məqalədə qeyd olunub ki, parazit beyinin hüceyrələrinə təsir göstərə bilər. Toksoplazmoz pişik saxlayan insanların əksəriyyətində inkişaf etməsə də, yoluxma baş verdikdə bəzi hallarda qəribə düşüncələr və hallüsinasiyalar müşahidə oluna bilər. Bu əlamətlər şizofreniyanın simptomlarına bənzəyir.

Mənbənin yazdığına görə, "T. gondii" parazitinə qarşı anticisimlərin mövcudluğu ilə şizofreniya diaqnozu arasında əlaqəni təsdiqləyən 100-dən çox tədqiqat aparılıb.

Bununla belə, London Universitet Kollecinin (UCL) tədqiqatçıları 3542 iştirakçının məlumatlarını araşdıraraq uşaqlıqda pişik saxlamaqla "T. gondii" infeksiyası arasında əlaqə müəyyən edə bilməyiblər.

Qeyd edək ki, təqdim olunan araşdırmalar pişik saxlamağın birbaşa şizofreniyaya səbəb olduğunu sübut etmir.

Report

Paylaş:

Ən son xəbərlər