Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı - FOTO

Paylaş:
Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı - FOTO
Bizi Google News-da izləyin

Bərdədə dəm qazından zəhərlənərək həyatını itirən 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva qızının ölümü ilə bağlı bəzi iddialar səsləndirib.

Pravda.az xəbər verir ki, "Teleqraf"a danışan ananın sözlərinə görə, hadisədən əvvəl qızı ona zəng edərək pul istəyib. O, qızının bank kartına pul göndərdikdən sonra bir neçə dəfə Pərvanə ilə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab ala bilməyib.

Şəlalə Quliyevanın sözlərinə görə, səhər saatlarında qızı yenidən zəng edərək gecə baş verənləri danışıb. Kənanın qayçını boğazına dirəyərək onu hədələdiyini, evdən getsə, öldürəcəyini dediyini bildirib.

Şəlalə Quliyeva hadisədən gecə saat 3 radələrində xəbər tutub. Ona qızının və kürəkəni Kənan İmaməliyevin zəhərləndiyi bildirilib. Dərhal yola düşən ana xəstəxanaya çatanda Pərvanənin artıq morqda olduğunu öyrənib.

Ana günorta saatlarında qızının meyitini görüb, bədəninin sağ böyründə sivri iz və qan yığılmasına bənzər əlamət müşahidə edib.

Ananın sözlərinə görə, Pərvanənin ölüm səbəbi ilə bağlı dəqiq fikir ekspertizanın rəyindən sonra bilinəcək.

Şəlalə Quliyeva məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. O, qızının qayınanası, qaynı və həyat yoldaşından şikayətçidir.

Paylaş:

Ən son xəbərlər