Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Borcu olduğu şəxsin velosipedini sataraq borcunu qaytaran həbs edildi

Paylaş:
Borcu olduğu şəxsin velosipedini sataraq borcunu qaytaran həbs edildi
Bizi Google News-da izləyin

Nərimanov rayonunda sakinlərdən birinin evinin qarşısında saxladığı velosiped oğurlanıb.

Polisin keçirdiyi tədbirlərlə əməli törədən M.Xəlilzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin velosipedini oğurladığı zərərçəkənə borcu olub. M.Xəlilzadə elə həmin şəxsə məxsus velosipedi oğurlayıb sataraq ona olan borcunu qaytarıb.

Məhkəmənin qərarı ilə M.Xəlilzadə inzibati qaydada həbs edilib.

Paylaş:

Ən son xəbərlər