Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundakı “Karakurt” SES su anbarında suyun səviyyəsinin enməsi nəticəsində əvvəllər su altında qalmış Karakurt kəndi yenidən üzə çıxıb.
Rayondan 28 kilometr məsafədə Dövlət Su İşləri (DSİ) tərəfindən inşa edilmiş “Karakurt” SES su anbarı 2020-ci il fevralın 8-də su toplamağa başladıqdan sonra kənd tamamilə su altında qalmışdı.