“Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının iyulun 5-də Konqres Mərkəzində keçirilən toplantısında etdiyi çıxış dünyanın bir sıra görkəmli xadimləri tərəfindən çox yüksək səviyyədə dəyərləndirilir. Cənab Prezidentin dünyada baş verən hadisələrlə bağlı söylədiyi dolğun, ətraflı fikirlər diqqətəlayiqdir. Cənab Prezidentimizin Fransa ilə bağlı fikirləri tarixi həqiqətdir. Ancaq nəyə görəsə tarix boyu hər dövlət başçısı, dünya liderləri bunu dilə gətirməkdən çəkiniblər. Tarixi həqiqətlər cənab İlham Əliyev tərəfindən dilə gətirildi. Fransa dönüb öz tarixinə baxsın. Şimali Amerika hindularından tutmuş, Şimali Afrika dövlətləri, Əlcəzair, Mərakeş, Hind-Çin yarımadasında törətdiyi soyqırımılara baxsın. Dünyada iki-üç müstəmləkəçi dövlət içində, bəlkə də, işğalçılıq, müstəmləkəçilik siyasəti ilə birinci yeri tutan dövlət Fransa olub. İşğal etdiyi dövlətlərin ərazisində törətdiyi soyqırımıları ilə. Sanki bugünkü Fransa öz “keşməkeşli” yolunu Makronun rəhbərliyi ilə yenidən davam etdirir. Fransa dövlətinə rəhbərlik edən Emmanuel Makron adlı birisi yeni seperatizm, faşizm, irqçi ideologiyası ilə hərəkət edir. “Bəhrəsi” də göz qabağındadır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Elman Məmmədov deyib.
Deputat bildirib ki, Makronun prezidentliyi dövründə Fransada baş verən ixtişaşlar, etirazlar zamanı dinc etirazçılara qarşı törədilən zorakılıqlar, vəhşiliklər göz qabağındadır: “Bu gün Fransanın kiminsə hüquqlarından danışmaq haqqı yoxdur. Çünki öz ölkəsinin vətəndaşlarının hüquqlarını kobudcasına pozan, tapdalayan rəhbər gəlib Azərbaycan ərazisində bir etnik qrupun müdafiəsi iddiası ilə çıxış edə bilməz. Cənab Prezidentimiz sanki Makrona ustad dərsi verdi”.
E.Məmmədov Prezident İlham Əliyevin BMT barədə səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib: “Bu, ilk deyil. Cənab Prezidentimiz beynəlxalq tədbirlərdə bir neçə dəfə bu fikri səsləndirib. Qoşulmama Hərəkatının tədbirində isə BMT məsələsinə daha ətraflı toxundu. BMT-nin Nizamnaməsində, quruluşunda, strukturunda dəyişikliklər olması vacibdir. Bu dəyişikliklər bugünkü dünyada baş verən hadisələri tənzimləmək üçün vacib dəyişikliklər olmalıdır. BMT-nin Təhlükəsizlik Şurası hansı dövlətlərdən ibarətdir? ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya. Bu dövlətlər öz aralarında bir-biriləri ilə düşməndirlər. Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin birinci özlərini barışdırmaq üçün qurum lazımdır. Onları bir araya, yola gətirmək üçün kimlərsə lazımdır. Bunu cənab Prezident dəfələrlə qeyd edib. Eyni zamanda qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da dəfələrlə deyib ki, “dünya 5-dən böyükdür”. Cənab Prezident İlham Əliyev keçən dəfə də bu təklifi etmişdi, indi də Qoşulmama Hərəkatının tədbirində səsləndirdi - Hərəkat BMT-dən sonra dünyanın ikinci ən böyük, ən çox üzvü olan təşkilatdır, BMT-nin Təhlükəsizlik Şurasında bu təşkilata yer verilməlidir, orada təşkilatın bir təmsilçisi olmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Burada dini məsələlər də nəzərə alınmalıdır. Bütövlükdə cənab Prezidentimizin Qoşulmama Hərəkatının tədbirindəki çıxışı çox dəyərli idi. Toxunduğu məsələlər bütün dünya liderlərinin, beynəlxalq qurumların müsbət mənada diqqətini çəkən məsələlər idi”.
Aytəkin Qardaşova
17 May 00:03
16 May 22:17
16 May 22:06
16 May 21:38
16 May 21:37
16 May 21:29
16 May 21:18
16 May 21:00
16 May 20:58
16 May 20:56
16 May 20:54
16 May 20:52
16 May 20:50
16 May 20:49
16 May 20:47
16 May 20:26
16 May 20:24
16 May 20:04
16 May 18:49
16 May 18:28
16 May 18:27
16 May 18:07
16 May 17:56
16 May 17:29
16 May 17:23
16 May 16:59
16 May 16:49
16 May 16:40
16 May 16:19
16 May 16:16
16 May 16:14
16 May 16:11
16 May 16:08
16 May 16:04
16 May 16:03
16 May 16:02
16 May 15:58
16 May 15:56
16 May 15:55
16 May 15:53
16 May 15:51
16 May 15:49
16 May 15:48
16 May 15:41
16 May 15:38
16 May 15:36
16 May 15:34
16 May 15:32
16 May 15:30
16 May 15:14
16 May 15:11
16 May 15:02
16 May 15:02
16 May 14:53
16 May 14:49
16 May 14:44
16 May 14:34
16 May 14:28
16 May 14:07
16 May 13:51
16 May 13:37
16 May 13:33
16 May 13:31
16 May 13:29
16 May 13:25
16 May 13:20
16 May 13:13
16 May 13:05
16 May 12:57
16 May 12:46
16 May 12:27
16 May 12:19
16 May 12:04
16 May 11:59
16 May 11:39
16 May 11:36
16 May 11:34
16 May 11:29
16 May 11:28
16 May 11:15
16 May 11:10
16 May 11:09
16 May 10:44
16 May 10:42
16 May 10:41
16 May 10:35
16 May 10:33
16 May 10:29
16 May 10:26
16 May 10:20
16 May 10:19
16 May 10:18
16 May 10:16
16 May 10:15
16 May 10:03
16 May 10:00
16 May 09:58
16 May 09:55
16 May 09:54
16 May 09:33
16 May 09:31
16 May 09:30
16 May 09:25
16 May 09:24
16 May 09:14
16 May 09:11
16 May 09:05
16 May 08:49
16 May 08:39
16 May 08:38
16 May 08:34
16 May 08:30
16 May 08:26
16 May 08:22
16 May 08:18
16 May 08:14
16 May 08:10
16 May 08:06
16 May 08:03
16 May 06:50
16 May 06:49
16 May 02:20
16 May 01:19
16 May 00:41
15 May 23:47
15 May 22:28
15 May 22:26
15 May 22:24
15 May 22:20
15 May 22:19
15 May 22:17
15 May 22:16
15 May 22:14
15 May 21:21
15 May 21:13
15 May 21:03
15 May 20:01
15 May 19:58
15 May 19:57
15 May 19:46
15 May 19:44
15 May 19:17
15 May 19:15
15 May 19:14
15 May 19:07
15 May 19:03
15 May 19:00
15 May 18:57
15 May 18:55
15 May 18:52
Ən son xəbərləri səhifəmizdən də izləyin