Elektrik ödənişləri mövsümün ən böyük ödənişləri sırasındadır. Hər kəs yayda elektrik haqqını azaltmaq üçün effektiv həll yolları axtarır. Evdə kiçik müdaxilələrlə işıq puluna xeyli qənaət etmək mümkündür.
Pravda.az Yenisabah.az-a istinadən işıqpulunu yarıya endirmək üçün bu üsulları təqdim edir:
Qabları havada qurudun
Qabyuyan maşında istiliklə qurutma düyməsini söndürün. Bunun əvəzinə maşının qapağını açın və qablarınızın havada qurumasına imkan verin. Qabyuyanın hava ilə qurutma variantı varsa, ondan istifadə edin. Hava qurutma lövhələri qabyuyan maşının enerji istehlakını 15%-dən 50%-ə qədər azalda bilər.
Sərinkeşdən istifadə edin
Yayın çox isti keçdiyi ərazidə yaşayırsınızsa, kondisioner əvəzinə tavan sərinkeşindən istifadə edin. Bu sərinkeş kondisionerin ümumi sərfiyyatından cəmi 10%-ini istifadə edir.
Ağıllı lampalara keçin
Əgər siz LED işıqlandırmaya keçməmisinizsə, indi tam zamanıdır. LED lampalar közərmə lampalarından ən azı 75% az enerji sərf edir və 25 dəfə çox müddət işləyir.