BURADA REKLAMINIZ OLA
BİLƏR

Mariya Zaxarova "Arsax prezidenti" kimi vəzifə tanımadığını bildirib

“Rusiya regionda vəziyyətin sabitləşməsi üçün Azərbaycan və Ermənistan tərəfi ilə təmasları dəstəkləyir”.

 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

“Bu təmaslar həm siyasi səviyyədə, həm də sülhməramlı kontingent səviyyəsində gedir. Əlbəttə ki, çox şey tərəflərin özündən, onların siyasi iradəsindən, bir-birinə güzəştlərə getməyə hazır olmasından asılıdır. Biz öz tərəfimizdən bütün lazımi səyləri göstəririk” deyə Rusiya XİN sözçüsü vurğulayıb.

 

Erməni jurnalistin Qarabağdakı silahlı erməni uldur dəstələrinin başçısı Araik Arutunyanı “Arsaxın prezidenti” kimi təqdim edərək, bir neçə gün əvvəl onun adından yayılmış bəyanatda Laçın dəhlizinin marşrutunun vaxtından əvvəl dəyişdirilməsinin Rusiyanın təklifi ilə baş verdiyi, Rusiyanın bu baş verməyəcəyi təqdirdə Azərbaycanın hərbi əməliyyatlara başlayacağı ilə bağlı çağırış etməsi, bununla da Üçtərəfli Bəyanatın guya pozulmasının vurğulanmasına cavabı ilə Zaxarova erməniləri növbəti dəfə pis vəziyyətə salıb.

 

Zaxarova "Mən bu bəyanatlarla tanış deyiləm. Sizin dediyiniz vəzifələrlə də tanış deyiləm. Ona görə də, bunları hətta şərh etməyəcəm” deyə bildirib, bununla da silahlı erməni quldur dəstələrinin başçısı Araik Arutunyanı və onun qondarma “prezident vəzifəsini” tanımadığını bəyan edib.

 

O ki qaldı Laçın dəhlizinin marşrutunun vaxtından əvvəl dəyişdirilməsinə, Zaxarova əlavə edib ki, bu marşrut Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr (10 noyabr-red.) Üçtərəfli Bəyanatı əsasında dəyişib.

 

“Ona görə də konkret bu məsələ ilə bağlı razılaşdırılmamış fəaliyyətdən, tərəflərdən birinin fikrini nəzərə almamaqdan danışmaq ədalətsizlikdir", - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb./APA

Tarix: 6 İyul 2023, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin