BURADA REKLAMINIZ OLA
BİLƏR

Reanimasiyaya yerləşdirilən tanınmış aparıcı ilə bağlı bacısından AÇIQLAMA: “Xəstəlik digər orqanlara yayılıb”

“Natavan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib”.

 

Bunu müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşən və reanimasiyaya yerləşdirilən tanınmış aparıcı Natavan Babayevanın bacısı Yenicag.az-a açıqlamasında bildirib.

 

O, müayinələrin davam etdiyiyni deyib:

 

“Natavan artıq reanimasiyadan çıxıb, palataya yerləşdirilib. Hazırda vəziyyəti normaldır. Bacım onkoloji xəstəliklə mübarizə aparır. Süd vəzisində başlanan xəstəlik artıq ağırlaşıb, digər orqanlara yayılıb. Hələ dəqiq proqnoz verilmir. Türkiyəyə gedəcəyimizlə bağlı bir söz deyə bilmərəm. Çünki müayinə, konsilium olacaq. Bundan sonra dəqiq bir söz deyə bilərik”.

Tarix: 6 İyul 2023, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin