Bakıda "Ren Dizayn” adlı dekor şirkətinin xanım təsisçisi həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Bakı şəhər sakini Rəna Kərimova (soyad-şərti) "41 Karaoke” və "Pirani PUB” restoranlarını işlədən qardaşların şikayəti əsasında həbs olunub.
Ramin və Ramil qardaşların özünü iş xanımı kimi təqdim edən "Ren Dizayn” adlı dekor şirkətin təsisçisi Rəna haqqında şikayətinə baxılıb. Rəna restoran sahibləri olan qardaşların 30 min manat pulunu mənimsəməkdə ittiham edilərək həbs olunub.
Belə ki, Rəna Raminin işlətdiyi, Xəqani 41 ünvanında yerləşən "41 Karaoke” klubunda dekor-dizayn işi ilə məşğul olduğunu, bu işdə yaxşı qazanc olduğunu, maddi durumunun yaxşı olmadığını, lakin şəriki olsa, işinin daha yaxşı gedəcəyini bildirib. Ramin iddia edib ki, Rəna iş qurmaq adı ilə 2020-ci ilin təxminən iyun ayından 2021-ci ilin oktyabr ayına kimi müxtəlif vaxtlarda ondan 30 min manat alaraq mənimsəyib.