BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Bağırova vəzifə verildi

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasına vəkil üzv təyin edilib.

 

Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

 

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Məhkəmə-Hüquq Şurasına Vəkillər Kollegiyasının vəkil nümayəndəsinin təyin olunması məsələsinə baxılıb və Rəyasət Heyəti üzvlərinin təklifinə əsasən Kollegiyanın sədri Anar Bağırov Şuraya vəkil üzv kimi təyin edilib.

 

Daha sonra gündəliyə uyğun olaraq Vəkillər Kollegiyasının Elektron Vəkil Komitəsinin Əsasnaməsinin təsdiqi ilə bağlı məsələ müzakirə olunub və Komitənin Əsasnaməsi qəbul edilib.

 

İclasda vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma, yeni vəkil bürosunun təsisi və sairə məsələlərə baxılıb, müsbət qərarlar verilib.

Tarix: 6 İyul 2023, 20:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin