BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Esvatini arasında turizm və ətraf mühit sahələrində əməkdaşlıq müzakirə olundu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Esvatini Krallığının Turizm və Ətraf Mühit Naziri Moses Vilakati ilə görüşüb.

 

Pravda.az xəbər verir ki, C.Bayramov bu barədə tviter hesabında paylaşım edib.

 

“Esvatini Krallığının Turizm və Ətraf Mühit Naziri Moses Vilakati ilə görüşməkdən məmnun qaldım.

 

Turizm və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq üçün geniş imkanlar müzakirə edilib. Həmçinin Esvatininin Qoşulmama Hərəkatının fəaliyyətlərində fəal iştirakı qeyd edildi”, - C.Bayramov vurğulayıb.

Tarix: 6 İyul 2023, 21:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin