BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Əlcəzair arasında dostluq münasibətləri müzakirə edildi

6 iyul tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclası çərçivəsində ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

 

Pravda.az xəbər verir ki. bu barədə XİN məlumat yayıb.

 

Görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətindən söz açılıb.

 

Bütün istiqamətlərdə münasibətlərin dərinləşdirilməsi məqsədilə siyasi məsləhətləşmələr mexanizminin, hökumətlərarası iqtisadi komissiyaların iclasları və biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.

 

Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişafından məmnun olduğunu bildirib. Ölkəmizin COVID-19 pandemiyası ilə əlaqədar olaraq çətin bir dövrdə Qoşulmama Hərəkatına uğurlu sədrliyinə görə təbrik edən nazir Əhməd Attaf Hərəkatın təsisatlanması istiqamətində irəli sürdüyü təşəbbüsləri təqdir edib. Bu xüsusda, Hərəkat çərçivəsində müxtəlif platformaların yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.

 

Görüşdə habelə iki ölkə arasında enerji, kənd təsərrüfatı, əczaçılıq və tibbi texnika və digər sahələrdə əməkdaşlıq perspektivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tarix: 6 İyul 2023, 22:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin