BURADA REKLAMINIZ OLA
BİLƏR

Quba sakinləri sel sularının fəsadlarından əziyyət çəkirlər - VİDEO

Qubanın Qarxun kəndinə tez-tez yağan yağış sakinlərin problemlərini artırıb. Xezerxeber.az xəbər verir ki, dağlardan gələn sel suları onların yaşadıqları kəndi pis vəziyyətə salıb.

 

Belə ki, sel suları həyət-bacaya dolaraq evlərə ciddi ziyan vurub.

 

Qarxun kəndində 94 təsərrüfat var ki, bunların da əksəriyyətində sel suları problemlər yaradıb.

 

Rayondakı texnikalar ümumi yolu təmizləsə də, kənd sakinlərinin daxili məhəllə yolları bərbad hala qalıb. Dağlardan gələn lil qatı onların həyət bacalarına dolub.

Kənd sakinləri əsasən heyvandarlıqla məşğuldurlar. Yağıntıların fəsadları onları çox narahat edir. Kəndin yanından keçən Qaraçay çayı da daşaraq bostan sahələrini yuyub, sakinlərin suötürücü motorlarını aparıb.

 

Quba rayon İcra Hakimiyyəti Başçısının səlahiyətlərini icra edən Tariyel İbrahimov isə bildirib ki, hava şəraiti düzələn kimi kəndə texnikalar göndəriləcək:

 

“Bütün problemlər aradan qaldırılacaq”.

 

Tarix: 7 İyul 2023, 01:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin