BURADA REKLAMINIZ OLA
BİLƏR

Kuryerlərin çox sifariş icra etmək istəyi yollarda ölüm hallarını artırıb - VİDEO

Yollarda qaydaları kobud şəkildə pozan bəzi motosiklet və moped sürücüləri ağır yol-nəqliyyat hadisələrinə səbəb olurlar. Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı görüntülər əsasında motosiklet və moped sürücüləri tərəfindən törədilən qayda pozuntularını təhlil edib.

 

Mərkəzin ictimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri kuryer kimi çalışan sürücülərin sifarişləri ünvana daha tez çatdırmaq istəyidir:

 

“Cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib”.

Ömər Xıdırov qeyd edib ki, motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən qəzalarda ölüm halları da qaçılmaz olur.

 

Qeyd edək ki, qaydaları pozan motosiklet və moped sürücülərinə qarşı 40 manat cərimə tətbiq edilir.

 

Daha ətraflı süjetdə:

 

Tarix: 7 İyul 2023, 07:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin