BURADA REKLAMINIZ OLA
BİLƏR

Namus üstündə qonşusunu bıçaqladı - MƏHKƏMƏ

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Sabirabadda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Hikmət Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

Qeyd: 2022-ci il yanvarın 28-də Sabirabad rayonu, Qarağac kənd sakini İmaməli Hacıyevin kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

 

İstintaqla zərərçəkmişin qonşusu Hikmət Mirzəyevin qeyd edilən tarixdə zor tətbiq etməklə İmaməli Hacıyevin yaşadığı evə daxil olub sonuncunun anasının gözləri qarşısında qisas niyyəti ilə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Hikmət Mirzəyevə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İttihama görə, Hikmət Mirzəyev hərbi xidmətdə olarkən arvadı qonşuluqda yaşayan İmaməli Hacıyev ilə tanış olub, aralarında yaxın münasibətlər yaranıb. Hərbi xidmətdən qayıtdıqdan sonra o, arvadını qonşusu ilə yaxın münasibətdə olmasından və ona xəyanət etməsindən şübhələnib. Hadisə də elə bundan sonra baş verib.

 

Kamal Məmmədov

Tarix: 7 İyul 2023, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin