BURADA REKLAMINIZ OLA
BİLƏR

Günəbaxan tumunun yararsız olduğu aşkarlandı

Rusiyadan Azərbaycana gətirilən günəbaxan tumunun yararsız olduğu aşkarlanıb.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

 

İdxalatçı şirkət “Seyfi 22” MMC-nin Rusiyadan idxal etdiyi “Darkuş Aqro” MMC-nin istehsalı olan 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkar edilib.

 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

 

Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

Tarix: 7 İyul 2023, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin