BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azəristiliktəchizat”ın tenderinin qalibinə cərimə protokolu yazıldı

"El-Rado" MMC-nin barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Cəmilə Səfiyevanın icraatına verilib.

 

Məhkəmənin ilkin hazırlıq iclasınə vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Mətbuatda yayılan məlumata görə, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəticəsi 10.01.2020-ciil tarixdə elan olunmuş xüsusi texnika, maşın və mexanizmlərin icarəsinin satınalınması üzrə 237.250.8 manat məbləğində müqavilə “EL-Rado” MMC ilə bağlanıb. Elə həmin tarixdə modul tipli qazanxanaların daşınması və quraşdırılmasının satınalınması üzrə 21.600 manat məbləğində müqavilə də “EL-Rado” MMC ilə bağlanıb.

 

Kamal Məmmədov

Tarix: 7 İyul 2023, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin