BURADA REKLAMINIZ OLA
BİLƏR

“Threads”də hesabını silmək istəyənlərə bəd xəbər

Ötən gün instaqram bazasında istifadəyə verilən “Threads” tətbiqi ilə bağlı maraqlı detal ortaya çıxıb. “Qafqazinfo” tətbiqin yaradıcısı olan “Meta” korporasiyasına istinadən xəbər verir ki, “Threads” istifadəçiləri öz hesablarını yalnız instaqram hesabı ilə birlikdə silə biləcəklər.

 

Qeyd edək ki, sosial media platformasına yalnız instaqram hesabı ilə daxil olmaq mümkündür.

 

Ən son məlumata görə, “Threads”də 30 milyondan çox insan qeydiyyatdan keçib.

Tarix: 7 İyul 2023, 11:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin