BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN: Astarada aptekə basqın barədə məlumatlar təsdiqini tapmayıb

Sosial şəbəkələrdə Astara rayonunun Kijəbə qəsəbəsində Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadovun aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb etməsi barədə məlumat yayılıb.

 

Bu barədə DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Məlumata görə, həmin müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər arasında borc mübahisəsi var. İlkin araşdırma zamanı hədə-qorxu ilə tələb etmə faktı təsdiqini tapmayıb və həmin müraciətin qərəzli şəkildə edildiyi müəyyən olunub. Hazırda məsələ ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır./APA

Tarix: 7 İyul 2023, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin