BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağasif Şakiroğlunu haqlı mövqeyinə görə tutdurmaq istəyən kimdir?

Xəbər verdiyimiz kimi, Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu xüsusi ittiham qaydasında məhkəməyə verilib.

 

Onu məhkəməyə verən Azərbaycan İdman Jurnalsitləri Assosiasiyasının prezidenti Eldar İsmayılovdur, A.Şakiroğlunu Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham edir.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır.

 

Partiya sədri jurnalistləri, azad sözü müdafiə etdiyinə görə məhkəməlik olub. Belə ki, ötən ilin əvvəlində “Baku.ws” saytında “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?” başlıqlı məqalə dərc olunub. Həmin məqalə də istinadla bir çox saytlarda verilib. E.İsmayılov mənbəni və yazını istinadla dərc edən media subyektlərini məhkəməyə verib, baş redaktorların həbsini və 50 min AZN təzminat tələb edib. Təbii ki, bu, azad sözə qarşı təzyiq hesab olunduğundan ədalətli Azərbaycan məhkəmələri işi heç icraata belə, götürmədilər. Mənbədə də yazı olduğu kimi qalır. Belə olan halda, deputatlar, o cümlədən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu jurnalistlərin müdafiəsinə qalxdı, E.İsmayılovun bu addımını mətbuata təzyiq kimi qiymətləndirdi. Təbii ki, burada təhqirdən, şər-böhtandan söhbət gedə bilməz, reallıq nədirsə, odur... Prosesdən xeyli müddət keçməsinə baxmayaraq, E.İsmayılov GAP bəyanatını yeni görüb və məhkəməyə üz tutub. İnanırıq ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova ədalətli qərar qəbul edərək, işə xitam verəcək. Çünki A.Şakiroğlu bu məhkəməyə şəxsi maraqları ucbatından düşməyib, Azərbaycan hökumətinin daim diqqət mərkəzində olan medianı, jurnalistləri müdafiə etdiyinə belə problem yaradılır. GAP müxalifətdə olsa da, Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevə dəstək verən partiyaların sırasında olub. Ümid edirik ki, partiyanın məqsədi, ortaya qoyduğu iş nəzərə alınacaq.

 

Məsələni diqqətdə saxlayacağıq!

Tarix: 7 İyul 2023, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin