BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev: Azərbaycanla Albaniya arasında yüksək səviyyədə siyasi dialoqun çox yaxşı dinamikası var

Biz çox sıx dostluq münasibətləri qurmuşuq və Azərbaycanla Albaniya arasında yüksək səviyyədə siyasi dialoqun çox yaxşı dinamikası var.

 

Pravda.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla keçirilən geniş tərkibdə görüş zamanı deyib.

 

Bunun ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm amil olduğunu söyləyən dövlətimizin başçısı bildirib: “Mən bu münasibətləri əla adlandırardım. Bu, beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdə, enerji və iqtisadi inkişaf sahələrində praktiki fəaliyyətdə özünü göstərir”.

Tarix: 7 İyul 2023, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin