BURADA REKLAMINIZ OLA
BİLƏR

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 10-u səhərdən 11-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, 10-da bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

 

Pravda.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilir.

 

Azərbaycanın rayonlarında iyulun 8-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Şərq küləyinin iyulun 7-si gündüzdən 11-dək bəzi yerlərdə arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Tarix: 7 İyul 2023, 14:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin