BURADA REKLAMINIZ OLA
BİLƏR

"Görəsən, başım niyə fırlanır?" - Elgiz

Elgiz Əkbər aparıcısı olduğu verilişdə başına gələn xoşagəlməz hadisədən danışıb.

 

Pravda.az Publika-ya istinadla xəbər verir ki, o, dostları ilə Türkiyəyə, "Kuşadası"na dincələrkən bilmədən spirtli içki içdiyini deyib:

 

"İçki içən adam olsam, bunu etiraf edərəm, amma deyiləm. İstirahət etdiyimiz yerdə hovuzun kənarında sərinləndirici içki aparatı var idi. İstənilən düyməni basıb həmin içkilərdən içə bilirdin. Bu sulardan içdim. Bir də gördüm ki, başım fırlanır. İş yoldaşıma dedim ki, görəsən, başım niyə fırlanır?

 

Özümü yaxşı hiss etmirdim. Halım özümdə deyildi. İş yoldaşım dedi ki, mən də sənin günündəyəm. Sonra öyrəndik ki, içkilərin hamısında spirt var.

 

Tarix: 7 İyul 2023, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin