BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayram Beqay: Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır

Albaniya və Azərbaycan enerji sektorunda əməkdaşlıqla bir-birinə sıx bağlıdır. TAP artıq birləşmiş uğur hekayəsidir. Albaniyanın TAP-dan faydaları həm iqtisadi baxımından, həm də regional enerji çıxışı və qovşağı kimi strateji əhəmiyyətinin güclənməsi baxımından çox olub. Adriatik-İonik qaz kəməri Albaniyanın regionda qaz paylayıcı kimi roluna daha çox töhfə verəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.

 

Azərbaycanla sıx əməkdaşlıq şəraitində Albaniyanın qazla təchiz olunması çərçivəsində qəti addımlar atmağa hazır olduğunu Prezidentin Əliyevin diqqətinə çatdırdığını qeyd edən Bayram Beqay deyib: “Albaniyanın qaz tranziti ölkəsi olması artıq reallıqdır. Albaniyanın qaz qəbul edən və nəql edən ölkə olması məqsədini qarşımıza qoymuşuq. Ölkəmiz buna nail olmağa və əməkdaşlığı daha da dərinləşdirməyə sadiqdir”.

 

Albaniya Prezidenti qeyd edib ki, Azərbaycanın regional enerji layihələrinin inkişafına artmaqda olan diqqəti Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq, eyni zamanda, onların enerji təhlükəsizliyini gücləndirəcək.

Tarix: 7 İyul 2023, 16:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin