Azərbaycanda insan hüquqlarının qorunmasına və cəza-icra siyasətinin humanistləşdirilməsinə daim önəm verən Prezidenti İlham Əliyevin martln 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı dövlət başçısının milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır.
Pravda.az xəbər verir ki, sərəncam ümumilikdə 625 nəfərə şamil olunacaq, cəzaçəkmə müəssilərində saxlanılan 475 məhbusbu bayramı öz ailəsi ilə birlikdə keçirəcək.
Bu isə xalqımız üçün əziz olan Novruz Bayramı ərəfəsində minlərlə ailənin, onminlərlə insanın sevinci deməkdir.
Məhz bu sevincin təmin edilməsi üçün Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının inə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq sərəncam imzalayıb.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilir. Lakin sərəncam daha çox şəxsə - 625 nəfərə şamil edilir. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib, həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar.