"Rusiya prezidenti Vladimir Putini qəbul edək və ya etməyək, bu başqa məsələdir. Putinin xarici və təhlükəsizlik siyasətinin sərt tənqidçilərindənəm. Ancaq Putinin Baydenə verdiyi cavabı mükəmməl hesab edirəm".
“Putinin Baydenə verdiyi cavabı mükəmməl hesab edirəm”
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Baydenə güzgüyə baxmağı məsləhət görən Kreml sahibi Ağ Ev sahibinə, Yaponiyaya atdıqları atom silahından və yüz minlərlə günahsız insanın qətlindən tutmuş qara dərili vətəndaşlara olan münasibətə qədər Amerikanın yaxın tarixinin bir çox qara səhifəsini xatırlatdı. Əlbəttə, əgər Bayden diskussiyanı davam etdirmək istəyərsə o da Putinə Gürcüstanı, Ukraynanı, Suriyanı, Litvinenkonun, Navalnının zəhərlənməsini xatırlada bilər" - E.Şahinoğlu qeyd edib.