Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Heç vaxt öz ideologiyasından imtina etməyəcəklər” – Tahir Kərimli

1 456
Paylaş:
“Heç vaxt öz ideologiyasından imtina etməyəcəklər” –     Tahir Kərimli

Bu addımımız Ermənistanda sülh tərəfdarı olanların əlini gücləndirəcək - Şərh

Ermənistanda əsas iki qüvvə var. Birincilər məcburi şəkildə sülhə tərəfdar olduqlarını nümayiş etdirir. İkincilər isə revanşist mövqeləri ilə seçilirlər. Ümumən onların hər ikisi saxta erməni ideologiyasına inananlardır və asanlıqla bu ideologiyadan imtina edəcəklərini düşünmürəm.

Bunu Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, Azərbaycan dövləti daha bir humanist mövqe nümayiş etdirib:

"Belə ki, “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərindəki təmirlə əlaqədar olaraq üç həftə ərzində Ermənistana qaz Azərbaycan tərəfindən veriləcək. Təbii ki, bu, sülh tendensiyasını gücləndirəcək. Yəni Azərbaycan və Türkiyə ilə dost, mehriban qonşu kimi yaşamağın mümkün olduğunu ortaya qoyacaq. Həmçinin Ermənistanda müharibənin əleyhinə və sülh şəraitində yaşamağın tərəfdarı olanların əlinin güclənməsinə xidmət edəcək. Əlbəttə, unutmayaq ki, onlar heç vaxt öz ideologiyasından imtina etməyəcəklər. Sadəcə Azərbaycanın güclü olduğunu gördükləri üçün sülh yolunu seçiblər. Əgər onlar bilsəydilər ki, bizi uda bilərlər, heç vaxt buna getməzdilər. Sadəcə ağır məğlubiyyət, perspektivin olmamasını gördükləri üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin yumşaldılmasının tərəfdarı kimi çıxış edirlər. Qaz verilməsi də bu istiqamətdə işləyənlərin əlini gücləndirəcək. Açıq qeyd edəcəklər ki, Azərbaycan bizə qaz verdi, dediyinizdən fərqli olaraq birgə yaşayış, qonşuluq siyasəti mümkündür. Hesab edirəm ki, bu, məğlubiyyətlə barışa bilməyən və revanş haqda düşünənlərin də arqumentlərinə zərbə olacaq”.

Teleqraf.com

Paylaş:

Ən son xəbərlər