Müharibəyə qədər Qarabağda fəaliyyətdə olmuş 36 Su Elektrik stansiyasından yalnız 6-ı ermənilərin məskunlaşdığı ərazilərdədir. Ona görə də ermənilər elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıblar.
Pravda.az xəbər verir ki, bu barədə fikirləri iqtisadçı-ekspert Qubad İbadoğlu özünün "Facebook" səhifəsində səsləndirib.
“Odur ki, sabahdan başlayaraq, Xankəndini elektrik enerjisi ilə biz təmin edəcəyik” – deyən ekspertin sözlərinə görə, martın 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək və Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndinə ötürüləcək.
“Maraqlıdır, ermənilər elektrik enerjisinin pulunu necə ödəyəcək. Burda 2 problem görsənir. 1) "Azərişıq"ın işçilərinin Xankəndinə giriş icazəsi yoxdur. 2) Xankəndində yaşayan ermənilər bizim manatı tanımırlar.