Bakı Apellyasiya Məhkəməsində mənzildən oğurluq etməkdə təqsirləndirilən Cəmalə Əliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə ötən ilin aprel ayında paytaxtın Nərimanov rayonu ''Montin'' qəsəbəsində qeydə alınıb. Məmməd Arif küçəsində yaşayan Natella Rzayeva Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evindən 30 min manatlıq qızıl-zinət əşyasının oğurlandığını bildirib.