Bu gün Ağ Ciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb.
Bakıda Ağ Ciyər Xəstəlikləri İnstitutunda iki xəstə öldü
Pravda.az-ın xəbərinə görə, Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev müalicə aldıqları Ağ Ciyər Xəstəlikləri İnstitutunda qanaxmadan dünyasın dəyişib.
Xəstələrin yaxınları ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndiriblər.