Bakıda küçədə meyit tapılıb.
Pravda.az-ın xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, rayon sakini, 1989-cu il təvəllüdlü Əsgərov Ədalət Hacıbaba oğlu olması müəyyən edilib.
Meyitin ilkin müayinəsi zamanı Ə. Əsgərovun narkotikdən zəhərlənərək öldüyü məlum olub.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.APA
Bakıda 31 yaşlı kişi narkotikdən zəhərlənərək öldü