Zaqatalanın Sumaylı kənd sakini, 1974-cü il təvəllüdlü Süleyman Hizbullah oğlu Bayramov rayon ərazisində meşəlik ərazidə ağac kəsən zaman xəsarət alıb.
Zaqatalada meşədə kəsdiyi ağac üstünə aşdı, vəziyyəti ağırdır
Pravda.az-ın xəbərinə görə, onun kəsdiyi ağac üstünə aşıb. Ağır xəsarət alan S.Bayramova Zaqatala Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.APA