Yanvarın 18-də Tavuz rayon Qovlar şəhər sakini Röyal Əhmədov Daxili İşlər Nazirliyinin (DİN) 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək işlədiyi Qovlar şəhər ərazisindəki yanacaq doldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə vuraraq məntəqəyə məxsus pulu götürməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Pravda.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R. Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsinin törədilməsini təşkil edib.