Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Qarabağ

Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar

Paylaş:
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Bizi Google News-da izləyin

Oktyabrın 22-də doğma yurduna yola salınan köç karvanları Ağdərə rayonunun Vəngli və Heyvalı kəndlərinə çatıb.

Pravda.az xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndində 29 nəfərdən ibarət 6 ailəyə, Heyvalı kəndində isə 83 nəfərdən ibarət 23 ailəyə mənzillərinin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Paylaş:

Ən son xəbərlər