Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda dəhşətli hadisə: əkizlər qardaşlar qətlə yetirildi - YENİLƏNDİ

Paylaş:
Azərbaycanda dəhşətli hadisə: əkizlər qardaşlar qətlə yetirildi - YENİLƏNDİ
Bizi Google News-da izləyin

Əkiz qardaşların ölməsi faktı üzrə cinayət işi başlanılıb.

Bu barədə Pravda.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 7-si saat 15 radələrində Xaçmaz rayonu, Yalama qəsəbəsi, Meşəli kəndində yerləşən evlərin birində 1992-ci il təvəllüdlü əkiz qardaşlar - Orxan və Kamran İsgəndərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddələsilə cinayət işi başlanaraq istintaq edilir.

***

16:05

Xaçmazda 31 yaşlı əkiz qardaşlar qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

İyulun 7-si saat 15 radələrində rayonun Yalama qəsəbəsi, Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü Kamran İsgəndərov və onun əkiz qardaşı Orxanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət hadisəsi ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər