Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda QHT sədri həbs olundu

Paylaş:
Azərbaycanda QHT sədri həbs olundu
Bizi Google News-da izləyin

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə istintaqa cəlb olunub.

Birlik sədri Vətən müharibəsi iştirakçısının şikayəti əsasında saxlanılıb.

Elvin Mahmudzadə qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib./APA

Paylaş:

Ən son xəbərlər