Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Badamdarda torpaq sürüşməsi ilə əlaqədar sakinlərə ərazini tərk etmələri tövsiyə olundu

Paylaş:
Badamdarda torpaq sürüşməsi ilə əlaqədar sakinlərə ərazini tərk etmələri tövsiyə olundu
Bizi Google News-da izləyin

Son günlər yağan intensiv yağışlar nəticəsində Badamdarda sürüşmə prosesi yenidən aktivləşib, ərazidə ciddi deformasiyalar və dağıntılar yaranıb.

Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, prosesin daha geniş sahəni əhatə etməsi ehtimalı ərazidəki yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır.

Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Eyni zamanda, sakinlərə mövcud təhlükə barədə ətraflı məlumat verilib və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub.

Xatırladaq ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə sürüşmə hadisəsi baş vermişdi. Həmçinin ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.

Paylaş:

Ən son xəbərlər