Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Espresso saç rəngi – mövsümün yeni trendi

Paylaş:
Espresso saç rəngi – mövsümün yeni trendi
Bizi Google News-da izləyin

Son dövrlərdə Hollivud ulduzları və sosial media fenomenləri açıq saç tonlarından imtina edərək tünd və parlaq rənglərə üstünlük verirlər. 

Pravda.az bildirir ki, yeni trendə çevrilən espresso qəhvəsi saç rəngi Hailey Bieber və Dakota Johnson kimi məşhurların seçimi ilə diqqət çəkir.

Təzə dəmlənmiş espresso qəhvəsindən ilhamlanan bu rəng tünd şokolad, qovrulmuş qəhvə dənələri və kakao çalarlarını birləşdirir. Klassik qara saç rəngindən fərqli olaraq, müxtəlif işıqlandırmalarda şokolad və moka tonları ilə daha dərin və həcmli görünüş yaradır.

Dəri tonuna uyğun seçim

Soyuq dəri alt tonuna sahib olanlara kül çalarlı, qara rəngə yaxın espresso tonları, isti alt tonlu şəxslərə isə şokolad və şabalıd çalarları ilə zənginləşdirilmiş variantlar tövsiyə olunur.

Espresso rənginə yaraşan saç modelləri

Bu rəng xüsusilə düz kəkilli uzun saçlarda, karamel çalarları əlavə edilmiş laylı kəsimlərdə, iki yana ayrılan kəkilli orta uzunluqlu saçlarda və dağınıq bob modellərində gözəl görünür.

Bu trend tünd saçlara parlaqlıq, dərinlik və təbii zəriflik qazandırır. Espresso qəhvəsi rənginin gələn ildə də populyarlığını qoruyacağı gözlənilir.

Əminə Bayramova

Paylaş:

Ən son xəbərlər