“Dünyada baş verən proseslər fonunda Azərbaycanın quru sərhədlərinin bağlı olmasının vacibliyi bir daha təsdiqini tapdı”.
Bu sözləri Pravda.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi - VİDEO
Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür
Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - VİDEO
Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? - VİDEO
“Dünyada baş verən proseslər fonunda Azərbaycanın quru sərhədlərinin bağlı olmasının vacibliyi bir daha təsdiqini tapdı”.
Bu sözləri Pravda.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Deputat bildirib ki, hər şeydən üstün dövlətin, millətin təhlükəsizliyinin təmin olunmasıdır: “Quru sərhədlər bağlanan dövrdə müəyyən etiraz edənlər var idi ki, maddi çətinlik yaranır, gediş-gəliş çətinləşir. Hər kəs öz mövqeyini bildirirdi. Dəfələrlə dedim ki, bizi həmişə narahat edən bir nömrəli məsələ dövlətimizin, millətimizin təhlükəsizliyinin təmin olunmasıdır. Quru sərhədlərimizi elə belə, nəyə görəsə bağlı saxlamırdıq... Bax, belə günlər var. Bundan əvvəl də problemlər həmişə olub. Bu gün də quru sərhədlərin bağlı olması nə qədər vacibdir, bir daha təsdiqini tapdı”.
Aytəkin Qardaşova