Vəkillər Kollegiyası tanınmış vəkil Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması barədə məhkəməyə müraciət edəcək. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə kollegiyanın bu gün keçirilən iclasında qərar qəbul edilib.
Elçin Sadıqov və başqa iki vəkilin vəkillik fəaliyyətinin dayandırılması, Vəkillər Kollegiyasının üzvülüyündən xaric edilməsi barədə məhkəməyə müraciət ediləcək.