Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Məşhur avtosalon cərimələndi

Paylaş:
Məşhur avtosalon cərimələndi
Bizi Google News-da izləyin

“Caspian Auto İmport” MMC-nin barəsində cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra proyokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rauf Daşdəmirovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Şirkət avtomobillərin alqı-satqısı ilə məşğuldur.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər