Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Bu isə müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, müğənni "Təsir dairəsi" verilişində qonaq olarkən məsələyə münasibət bildirib:
"Bu mövzu o qədər böyüyüb ki, zəng edib deyirlər bir həftə, 10 gün efirə çıxmayın, görsənməyin, qoy danışsınlar. Cavab verdim ki, olmaz. Hərdən qohumlarım gəlib deyir ki, sənin üstündə kiminləsə dalaşmışıq. Deyirəm, niyə? Musiqinə, şeirinə nəsə dedi, başladım onunla dalaşmağa. Cavab verirəm ki, düz etməmisiniz, siz onlara izah edin. O oxucudur, dinləyicidir, başa düşmür. Vaqif İbrahimoğlu (red. aktyor) söyləyirdi ki, biz hamımız baxırıq, amma hamımız görə bilmirik. Xüsusən də yaradıcı insanlar. Bu yaxınlarda Əşrəf Heybətova (red. Xalq rəssamı) biri sual verib ki, burada nə çəkmisiniz? Bir əsəbiləşdi ki, sən fikirləş orada nə çəkmişəm. Mən çəkmişəm, onu sən tapmalısan. Öz şeirlərim də var. Bir şeirim var, "Yorğun olanda mənimlə məzələn, soy əynini, tök ruhunu təzələn". Başa düşməyənlər indi məzələnirlər, axırda gəlib həqiqəti tapacaqlar".
Proqramın aparıcısı Lalə Azərtaş ondan "Ağzını tikim" sözü niyə misrada yer almalıdır" deyə, soruşub. Həmçinin, aparıcı Elzaya şeirlərini anlaya bilmədiyini deyib. İfaçı onun sualını belə cavablayıb:
"Mən heç vaxt açıqlamıram. Ramiz Rövşənin "Dünyanın tfu üzünə" misraları (red. "Dərd" şeirində) var. Soruşaq ondan ki, "tfu" sözünü niyə demisən. O, bizim şairimizdir. Mən onu təhlil edirəm, müqayisə aparmıram. İndi mən də deyim ki, Məhəmməd Füzuli şeirlərində nə demək istəyib?".
Elza fikirləri ilə razılaşmayan verilişin qonaqlarına əsəbiləşib və onlarla mübahisə edib: