Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxs Kamran Tağıyevin (soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2025-ci ilin yanvar ayının 15-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib.
Belə ki, Kamran Tağıyev orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində axşam saatlarında şəhər parkında tanışı, zərərçəkmiş olan və hüquq-mühafizə orqanlarından birində çalışan zərərçəkmiş İ.İ. (adı, soyadı şərtidir) ilə qarşılaşıb. O, zərərçəkmişə peşə fəaliyyəti ilə bağlı nalayiq ifadələr işlədib və tərəflər arasında mübahisə yaranıb.