Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Siyasət

Yeni Kaledoniya Parlamentinin sədri: Azərbaycanın dekolonizasiya hərəkatına yardım etmək hüququ var

Paylaş:
Yeni Kaledoniya Parlamentinin sədri: Azərbaycanın dekolonizasiya hərəkatına yardım etmək hüququ var
Bizi Google News-da izləyin

“Fransa hələ də özünü müstəmləkəçi güc kimi aparır və müstəmləkədə saxladığı xalqları öz milli marağı üçün istifadə edir”.

Bunu Yeni Kaledoniya Parlamentinin sədri Rok Uamytan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində baş tutan dəyirmi masadan sonra keçirilən mətbuat konfransında deyib.

“Fransa beynəlxalq prinsiplərlə bağlı öhdəliyinə əməl etməli və xalqların özünü idarəçilik hüququna hörmət etməlidir”, - o qeyd edib.

Parlament sədri diqqətə çatdırıb ki, Azərbaycanın da digər ölkələrin dekolonizasiya hərəkatına yardım etmək hüququ var./APA

Paylaş:

Ən son xəbərlər