Azərbaycan dövlətinin, o cümlədən Şuşa-Xankəndi yolunda aksiya keçirənlərin dinc ermənilərlə hər hansı problemi yoxdur.
Bir qədər əvvəl Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları özlərinə məxsus avtomobillərdə ermənilərə humanitar yardım aparıb. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda aksiya keçirənlər Laçın istiqamətindən Xankəndi istiqamətinə göndərilən humanitar yardım maşınlarının keçidinə tam şərait yaradıblar. Həmçinin bir qədər əvvəl aksiyada iştirak edən Azərbaycan Könüllü Həkimlər Assosiasiyası milliyətindən asılı olmayaraq hər kəsə kömək etməyə hazır olduqlarına dair müraciətlə çıxış ediblər.
Aksiya hazırda davam edir.
Bu faktlar bir daha göstərir ki, nə Azərbaycan dövlətinin, nə də aksiyada iştirak edənlərin dinc erməni əhalisi ilə hər hansı problemi var. Rusiya sülhməramlılarına məxsus maşınların aksiya keçirilən yerdən sərbəst hərəkəti isə növbəti sübutdur ki, yolu heç də aksiya iştirakçıları bağlamayıb, yol Rusiya sülhməramlıları tərəfindən bağlanılıb.