Oktay Saral vəzifədən ayrıldığını təsdiqləyib.
Türk jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib.
Jurnalist bildirib ki, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub:
“Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, - dedi.