Bakıda kafedəki kütləvi dava ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də cinayət məsuliyyətinə cəlb edilib.
Ə.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Əlizadə konkret olaraq Cinayət Məcəlləsinin 218.1, 218.2 (cinayətkar birlik və təşkilat tərkibində iştirak etmə) 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü (Narkotiklərlə bağlı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə və külli miqdarda qanunsuz narkotik dövriyyəsi) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.