24 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Arzuxan Alizade Bakı şəhəri, Sabunçu rayonu, Nikolay Baybakov küçəsi 258 ünvanında yerləşən qəbul ofisində seçicilərlə növbəti görüşünü keçirib.
Arzuxan Əlizadə məlumat yaydı
Görüş zamanı Ramana qəsəbəsinin bir qrup sakini müraciət edərək qəsəbədaxili yolların bərbad vəziyyətdə olması ilə bağlı mövcud çətinlikləri deputatın diqqətinə çatdırıblar. Qaldırılan məsələ ilə bağlı bildirilib ki, problemin aradan qaldırılması istiqamətdə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacaq və onun mərhələli həlli diqqət mərkəzində saxlanılacaqdır.
Görüşün sonunda qeyd olunub ki, vətəndaş qəbulu zamanı səsləndirilən bütün müraciətlər xüsusi nəzarətə götürülüb və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.